AZ

Qusar qəzasında xəsarət alanların adları AÇIQLANDI - ÖZƏL

Qusarda 2 nəfərin ölümünə səbəb olan ağır yol qəzasında yaralanan şəxslərin kimliyi məlum olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, yaralı şəxslərin 4-ü də Qusar rayon Mərkəzi Xəstəxanasında müayinə olunurlar.
Yaralılar bunlardır: Fariza Vladimirovna Ramaldanova (1966), Arman və Adam Qoşqar oğlu Rəhimovlar (2022) - əkizlər, Rüstəm Qoşqar oğlu Rəhimov (2017).

Qəzada ölən və yaralananlar bir ailənin üzvləridir.

Ölən qadınların adları hələlik məlum deyil.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
13
1
bizim.media

2Mənbələr