Misli Premyer Liqasında 15-ci turun oyunları davam edir.
QOL.az xəbər verir ki, bu günə nəzərdə tutulan iki oyundan biri başa çatıb.
Əvəlcə "Kəpəz" "Qəbələ"ni qəbul edib. Yevlax şəhər stadionunda keçirilən matç "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədəki oyununda "Qəbələ" "Kəpəz"ə 3 cavabsız qolla qalib gəlmişdi.
Günün digər oyununda isə "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edir. Komandaların ilk dövrədəki oyununda "Qarabağ" rəqibini darmadağın edib - 5:0.
14 dekabr (bazar)
17:30. “Qarabağ” – “Araz-Naxçıvan” - 4:1 (İkinci hissə)
Qol: Toral Bayramov, 30 (1:0), Nəriman Axundzadə, 41 (2:0), Joni Montiel, 57-pen (3:0); Leandro Andrade, 72 (4:0), Ramon Maçado, 76-pen. (4:1)
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
“Azersun Arena”
14:00. “Kəpəz” – “Qəbələ” - 1:0
Qol: Ryonosuke Ohori, 54
Qırmızı vərəqə: İbrahim Sanqare, 38 ("Qəbələ")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Emin Əliyev
Yevlax şəhər stadionu
13 dekabr (şənbə)
“Turan Tovuz” - “Sabah” - 1:3
“Şamaxı” - “Zirə” - 2:1
15 dekabr (bazar ertəsi)
14:00. “İmişli” - “Karvan-Yevlax”
19:00. “Neftçi” - “Sumqayıt”

Bombardirlər:
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 8 qol
Coy-Lens Mikels (“Sabah”) - 7 qol
Karim Rossi ("Şamaxı") - 6 qol
Toral Bayramov (“Qarabağ”) - 5 qol
Aleksandr Ramalinqom (“Sumqayıt”) - 5 qol