AZ

Məşhur güləşçi karyerasını başa VURDU

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqtonda keçirilən turnirdə o, qarşılaşmasında Günterə məğlub olub. Döyüşdən sonra Sina tamaşaçılarla vidalaşıb və karyerasını bitirməsinin əlaməti olaraq ayaqqabılarını rinqdə qoyub. Qeyd edək ki, Sina 1998-ci ildə restlinq karyerasına başlayıb və 2002-ci ildə WWE çərçivəsində televiziya debütünü edib. Karyerası ərzində o, 17 titulla rekord qırıb. Sina, həmçinin 2000-ci illərin ortalarında aktyorluq karyerasına da başlayıb. Onun rol aldığı məşhur filmlər arasında "Jarhead", "Suicide Squad", "Fast & Furious" filminin 9 və 10-cu hissələri də var.

"Forbes" jurnalının məlumatına görə, Sina 2024-cü ildə 23 milyon dollar gəlirlə dünyanın ən çox qazanan 16-cı aktyoru olub.

Seçilən
130
3
Ajans.az

6Mənbələr