AZ

İran ordusu taktikasını DƏYİŞİB

“Son zamanlar quruda, dənizdə və havada əməliyyatlarını təkmilləşdirmək üçün İran ordusunun taktikalarında zəruri dəyişikliklər edilib”.

"Bu qiymətləndirmələr zamanı ordunun yüksək komandanlığı şəxsi heyətin bacarıqları, silah hazırlığı, düşməni dəqiq müəyyən etmək üçün taktika və metodların uyğunluğu və kəşfiyyat məlumatları da daxil olmaqla bütün detalları nəzərə alır. Qiymətləndirmələr ordu şəxsi heyəti arasında yüksək əhval-ruhiyyəni göstərir", - deyə general Səyyari bildirib.

O əlavə edib ki, qiymətləndirmələr həmçinin "hücum və müdafiə avadanlıqlarının yaxşı vəziyyətdə olduğunu" göstərir.

"Silahlı qüvvələrin quruda, havada və dənizdə əməliyyatları zamanı qazanılan təcrübəyə əsaslanaraq ordunun taktikalarında zəruri dəyişikliklər edilib", - deyə vurğulayıb.

Seçilən
65
1
cebheinfo.az

2Mənbələr