Məşhur amerikalı güləşçi Con Sina peşəkar karyerasını başa vurub.
Milli.Az xəbər verir ki, 48 yaşlı idmançı dekabrın 14-nə keçən gecə "World Wrestling Entertainment" (WWE) promouşenində son görüşünü keçirib.
ABŞ-nin paytaxtı Vaşinqtonda "Kepital Uan-Arena"da baş tutan "WWE Saturday Night's Main Event XLII" turnirində rəqibi Qunterə boğma fəndi ilə məğlub olduqdan sonra Sina idman ayaqqabılarını çıxrarıb rinqin mərkəzinə qoyaraq karyerasını bitirdiyini elan edib.
Qeyd edək ki, C.Sina peşəkar güləşçi olmaqla yanaşı, həmçinin aktyor kimi filmlərdə də rol alıb. O, WWE-də 2002-ci ildə debüt edib. Karyerası ərzində WWE promouşenində 17 titul qazanmış güləşçi bu göstəricidə mütləq rekordçudur. /"Report"
Milli.Az