AZ

Türkiyədə baş məşqçi klubu tərk edir

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyədə baş məşqçi klubu tərk edir

Türkiyənin Superliqa klubu “Qaziantep”in baş məşqçisi gözlənilməz qərar verib.

QOL.az xəbər verir ki, Superliqanın 16-cı turunda doğma meydanda “Göztəpə”yə 0:1 hesabı ilə uduzduqdan sonra klubun baş məşqçisi Burak Yılmaz vəzifəsindən ayrılacağını bildirib. O, iki həftə sonra komandanın başında olmayacağını söyləyərək bu qərarın artıq qətiləşdiyini vurğulayıb.

Gənc mütəxəssis məğlubiyyətin səbəblərinə də toxunub:

"Düzünü desək, bu, bizim üçün utancverici matç oldu. Rəqib tipik qələbəsini qazandı, heç nə etmədən, uzun toplar və künc zərbəsi nəticəsində qol vurdu. Onlara hörmət etmək lazımdır, çünki bu üslubla uğur qazanırlar. Penalti qaçırdıq, bəzi əskikliklər vecimizə deyildi. Bu nəticə bizim üçün böyük xəyal qırıqlığıdır".

Qeyd edək ki, mütəxəssis bu ilin avqustundan komandanı çalışdırmağa başlamışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
qol.az

2Mənbələr