AZ

Bakıda bəylə gəlin toyu RİNQƏ ÇEVİRDİ VİDEO

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Bakıda keçirilən toy məclisindən sosial şəbəkələrdə maraq doğuran görüntülər yayılıb.

Milli.Az xəbər verir ki, kadrlar qısa zamanda gündəmə çevrilərək minlərlə istifadəçi tərəfindən izlənilib.

Görüntülərdə bəy və gəlinin məclisin düz ortasında boks əlcəklərini taxaraq məşq elementləri yerinə yetirdiyi əks olunur. Cütlüyün bu fərqli çıxışı bir çoxlarının marağına səbəb olub.

İzləyicilər arasında şounu bəyənənlər də, bunu toy məclisinə uyğun hesab etməyib tənqid edənlər də olub. Sosial media istifadəçiləri cütlüyün hər ikisinin idmanla məşğul olması ehtimalını irəli sürüblər.

Qeyri-adi toy performansı hələ də müzakirə mövzusu olaraq qalır.

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
6
news.milli.az

10Mənbələr