AZ

Bakıda Afrika Azərbaycan Təşkilatının açılışı oldu

Bakıda Afrika Azərbaycan Təşkilatının (AFAZ) açılışı baş tutub.

Publika.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir bildirib ki, Afrika-Azərbaycan əməkdaşlığı təşkilaının (AFAZ) təşəbbüsü çox qiymətlidir:

“Məlum olduğu kimi, Türkiyənin 2005-ci ildən sonra başlayan və sürətlənən Afrika ilə əlaqələri inkişaf etdirmək siyasəti var. Biz Afrikaya həm onların problemini həll etmək kontekstindən baxırıq, həm də əlaqələri inkişaf etdirmək baxımından. Azərbaycanın da Afrika siyasəti çox müsbətdir. Afrika dünyanın ən zəngin qitəsidir. Bizlər də Türkiyə olaraq qardaşımız Azərbaycanla Afrika ilə bağlı təşəbbüslər və digər istiqamətlərdə əməkdaşlıq etməyə davam edəcəyik”.

Afrika Azərbaycan Təşkilatının (AFAZ) təsisçisi Rəna Qafarova isə vurğulayıb ki, təşkilatın məqsədi Afrika ölkələri ilə Azərbaycan arasında əlaqələri genişləndirməkdir.

Seçilən
80
4
publika.az

5Mənbələr