AZ

14 yaşlı qızı avtomobil vurdu

Goranboyda piydanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ölkə.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Naftalan şəhər sakini, 1941-ci il təvəllüdlü Ə.Aslanov idarə etdiyi avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən rayon sakini, 2011-ci il təvəllüdlü A.Əsədovanı vurub.

Yeniyetmə qız xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
21
19
olke.az

10Mənbələr