AZ

Tramp Sidneydəki terror aktını dəhşətli hadisə adlandırıb

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Sidneydəki terror aktını və Suriyadakı Amerika hərbçilərinə hücumu şərh edib.

"Report" xəbər verir ki, Ağ Evdə çıxış edən ABŞ lideri Sidneydə çimərlikdəki hücumunu "dəhşətli hadisə" adlandırıb, eyni zamanda atıcının hücumu tamamlamasına mane olan cəsur insana böyük hörmətini ifadə edib.

"Avstraliyadakı hücum zamanı çox cəsarətli bir adam təcavüzkarlardan biri ilə döyüşə girdi və bir çox insanın həyatını xilas etdi", - Tramp deyib.

O, həmçinin İŞİD-in Palmirada ABŞ-Suriya patruluna hücumuna da toxunub.

"Üç böyük vətənpərvərimiz pis insanlar üzündən həlak oldu. Bunlar Suriya hakimiyyəti deyil, İŞİD idi. Suriya hökuməti bizim tərəfimizdə vuruşdu", - ABŞ Prezidenti deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
4
azpolitika.info

7Mənbələr