AZ

"Nazirlik mənə havayı pul verməyib" - Kəramət

Yazıçı Kəramət Böyükçöl Mədəniyyət Nazirliyinin hər il müxtəlif nəşriyyat və müəlliflərdən kitab alması ilə bağlı yayılan məlumatlara münasibət bildirilib.

"Unikal" xəbər verir ki, yazıçının sözlərinə görə, nazirlik tərəfindən alınan kitablar dövlət kitabxanalarına paylanmaq məqsədi daşıyır və bu proses illərdir davam edir.

"Mədəniyyət Nazirliyi müxtəlif nəşriyyatlardan və müəlliflərdən hər il kitablar alır. Məsələn, elə nəşriyyat var ki, ondan 100 min manatlıq, 80, 50 min manatlıq kitab alıblar. Elə yazıçılar var ki, onlardan 10 min manatlıq kitab alıblar. Eləsi var ki, 8 min, 7, 5, 4 min manatlıq kitab alıblar. Allahın Bəhram Bağırzadəsindən 9 min 500 manatlıq kitab alıblar. Məndən isə 4500 manatlıq kitab alıblar. Daha dəqiqi, Mədəniyyət Nazirliyi müxtəlif kitabxanalara paylamaq üçün siyasətə qarışmayan "Səkkizinci gün" və "Əlqəmə" romanlarımın hərəsindən 150 ədəd alıb. Bu da 4500 manat edir. Onun da 900 manatını vergiyə ödəyəcəm. Yerdə 3600 manat qalır.

Yəni nazirlik mənə havayı pul verməyib, kitabımı alıb", - deyə yazıçı bildirib. 

Kəramət Nazirliyin maliyyə vəsaiti ayırdığı yazıçılar arasından onun daha çox adının hallanmasına belə ümnasibət bildirib: 

"O siyahıda nə qədər yazıçıların, nəşriyyatların, naşirlərin adı var. Amma bütün saytlar başlığa mənim və atamın adını çıxarır. Çünki bu məsələni cəmiyyətə başqa cür maraqlı eləmək mümkün deyil". 

Qeyd edək ki, Mədəniyyət Nazirliyi bir sıra yazıçı və nəşriyyatla yeni alqı-satqı müqavilələri bağlayıb. Onların arasında Elmira Axundova (3000 manat), Qəşəm Nəcəfzadə (1050 manat), Kəramət Böyükçöl (4500 manat), Kamal Abdulla (2500 manat), Bəhram Bağırzadə (9100 manat) və başqaları var.

Seçilən
50
6
unikal.az

9Mənbələr