AZ

Fitso Ukraynanı görün nəyə bənzətdi

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Slovakiyanın Baş naziri Robert Fitso Ukraynanı Avropa Birliyinin maliyyə resurslarını və gələcəyini “udan qara dəlik” adlandırıb.

Globalinfo.az xəbər verir ki, o, bu fikirləri “Facebook”da paylaşımında səsləndirib.

Fitso bildirib ki, Ukrayna milyardlarla avronu, rasional iqtisadi yanaşmanı və Aİ-nin dayanıqlı gələcəyini boşa sərf edir.

Baş nazir daha əvvəl Kiyevə ayrılan vəsaitlərin nə qədərinin mənimsənildiyi sualını qaldırıb və Ukraynaya əlavə maliyyə yardımının zəruriliyini şübhə altına alıb.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
205
globalinfo.az

1Mənbələr