AZ

İtaliya A Seriyası: “İnter” səfərdə “Cenoa”nı məğlub etdi VİDEO

ain.az bildirir, Idman.biz portalına istinadən.

İtaliya A Seriyasının 15-ci turunda “İnter” səfərdə “Cenoa” ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, Milan təmsilçisi oyuna sürətli başlayıb. Matçın 6-cı dəqiqəsində müdafiəçi Yann Bissek hesabı açıb. 38-ci dəqiqədə isə Lautaro Martinez fərqi iki topa çatdırıb.

Meydan sahibləri yalnız ikinci hissədə fərqlənə biliblər. 68-ci dəqiqədə Vitinya “Cenoa”nın yeganə qoluna imza atıb. Lakin bu qol matçın taleyini dəyişməyib.

Bu qələbədən sonra “İnter” 33 xal toplayaraq İtaliya çempionatının turnir cədvəlində birinci pilləyə yüksəlib. “Cenoa” isə 14 xalla 15-ci sırada qərarlaşıb.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
1
icma.az

2Mənbələr