AZ

WP: MAGA hərəkatı və respublikaçılar Trampın ittifaqlardan çıxmaq xəttini dəstəkləyir...

ABŞ-də NATO-dan çıxış çağırışları güclənir, Konqresdə müvafiq qanun layihəsi təqdim olunub...

Poliqon xəbər verir ki, The Washington Post nəşrinin yazdığına görə, MAGA hərəkatı və Respublikaçılar Partiyasının bir qismi ABŞ prezidenti Donald Trampın ölkəni beynəlxalq alyanslardan çıxarmaq niyyətini açıq şəkildə dəstəkləyir və hətta dövlət başçısının transatlantik əlaqələri daha da zəiflətmək üçün əlavə addımlar atmalı olduğunu iddia edir.

Nəşr bildirir ki, bu həftə Konqresin Nümayəndələr Palatasının üzvü, Kentukki ştatından respublikaçı Tomas Massi ABŞ-nin NATO-dan çıxması barədə qanun layihəsi təqdim edib. Onun sözlərinə görə, alyans artıq öz aktuallığını itirib.

NATO Soyuq müharibənin qalığıdır. Biz NATO-dan çıxmalı və bu vəsaitləri öz ölkəmizin müdafiəsinə yönəltməliyik. NATO Sovet İttifaqına qarşı yaradılmışdı, amma SSRİ artıq 30 ildən çoxdur ki, mövcud deyil”, deyə Tomas Massi vurğulayıb.

Məqalədə qeyd olunur ki, Donald Trampın tənqidçiləri belə etiraf edirlər: onun bu mövqeyi ABŞ cəmiyyətinin əhəmiyyətli bir hissəsində dəstək tapa bilər. Xüsusilə də Trampın ABŞ-nin “sonsuz və baha başa gələn müharibələrə” həddən artıq çox insan itkisi, maliyyə və vaxt sərf etdiyi, bunun isə amerikalılara az fayda verdiyi barədə arqumentləri seçicilər arasında rezonans doğurur.

WP yazır ki, NATO və digər beynəlxalq öhdəliklər ətrafında müzakirələr ABŞ-də daxili siyasi gündəmin əsas mövzularından birinə çevrilib və bu debatların Tramp administrasiyasının gələcək xarici siyasət kursuna ciddi təsir göstərəcəyi istisna edilmir.

Poliqon.info

Seçilən
79
poliqon.info

1Mənbələr