AZ

“Yenilməz sülalələr”: Çinli milyarderlər yüzlərlə uşaq SİFARİŞ EDİR – FOTO

Çinli milyarderlər ABŞ-də “yenilməz sülalələr” yaratmaq üçün yüzlərlə uşaq sifariş edirlər.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Surroqat analıq qadağasından qaçan zənginlər 200 min dollara ABŞ vətəndaşı olan varislər qazanırlar.

Çinli milyarderlər öz “yenilməz sülalələrini” qurmaq üçün ABŞ-də surroqat anaların xidmətindən kütləvi şəkildə istifadə edirlər.

Çində bu praktika qadağan olunduğu üçün zənginlər varislərini ABŞ-də dünyaya gətizdirərək, həm də onlara Amerika vətəndaşlığı qazandırırlar.

ABŞ-da\ə artıq bu sahədə xüsusi “açar təslimi” sənayesi formalaşıb. Təxminən 200 min dollar qarşılığında müştərilərə surroqat ana, hüquqşünas, dayə və hətta “uşaq çatdırılma xidməti” təklif olunur.

Sifarişçinin ABŞ-yə getməsinə ehtiyac qalmır, sadəcə genetik material göndərmək kifayət edir.

Rekordçu isə videooyun maqnatı Syu Bodur (Xu Bo). Poliqamiya tərəfdarı olan milyarderin 300-ə yaxın uşağı olduğu bildirilir.

Digər bir zəngin isə agentlikdən 200 uşaq istəsə də, “biz supermarket deyilik” cavabını alıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
128
interpress.az

1Mənbələr