Livan və Suriya sərhədində hər iki ölkənin əsgərləri arasında silahlı toqquşma baş verib.
Publika.az xəbər verir ki, bu barədə Livan ordusunun kommünikesində bildirilir.
Sənəddə deyilir ki, əl-Müşərrəf-Hermel ərazisində patrul xidməti apararkən Livan əsgərləri Suriyadan atəşə tutulub və cavab atəşi açmağa məcbur olublar.
Atışmadan sonra Livan və Suriya hakimiyyəti arasında əlaqə qurulub və vəziyyət normallaşıb.