AZ

Qusardakı qəzada həyatını itirənlər Şair Ramaldanovun qohumları imiş... YENİ DETALLAR

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ötən gün Qusarın Yuxarı Ləyər kəndində baş verən qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanovanın və 43 yaşlı Cəmilə Bağırovanın meyitləri gecə saatlarında Bakıya aparılıb. Bizim.Media-nın yerli bürosunun məlumatına görə, mərhumların dəfn mərasimləri Bakıda olacaq.Qəzada yaralanan 63 yaşlı sürücü Fariza Ramaldanova və 8 yaşlı Rüstəm Qoşqar oğlu Rəhimov hazırda Qusar rayon Mərkəzi Xəstəxanasının reanimadiya şöbəsindədirlər. Üz nahiyələrində yüngül cızıqlar olan 3 yaşlı Adam və Arman Rəhimovlar isə Bakıya-evə göndərilib.Qeyd edək ki, qəzaya uğrayanlar tanınmış hərbi ekspert Şair Ramaldanovun qardaşı Elmanın ailə üzvləridir. Qəzada ölən Tamilla Elman Ramaldanovun qızıdır. Həyatını itirən digər şəxs - Cəmilə Bağırova əkiz uşaqlar olan Adam və Arman Rəhimovların dayəsi idi. Xatırladaq ki, Fariza Ramaldanovanın idarə etdiyi "KiaSorento" markalı avtomobilin dərəyə aşması nəticəsində iki nəfər hadisə yerində ölüb. Sürücü və 3 uşaq isə xəstəxanaya çatdırılır.Faktı Qusar polisi araşdırır.Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
bizim.media

10Mənbələr