Bakı. Trend:
Misli Premyer Liqasının XV turuna bu gün iki oyunla yekunvurulacaq.
Trend xəbər verir ki, əvvəlcə"İmişli" Qubada "Karvan-Yevlax"la üz-üzə gələcək.
Görüş Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat14:00-da start götürəcək. "İmişli" turnir cədvəlində 15 xalla 9-cupillədə qərarlaşıb. 5 xala malik "Karvan-Yevlax" sonuncu -12-cidir.
Turun son matçı "Palms Sports Arena"da baş tutacaq. "Neftçi"evdə "Sumqayıt"ı qəbul edəcək. Rauf Cabarovun idarə edəcəyi görüşsaat 19:00-da başlayacaq. "Neftçi" 16 xalla turnir cədvəlinin 8-cipilləsində yer alıb. Sumqayıt komandası 26 xalla dördüncüdür.
Misli Premyer Liqası
II dövrə, XV tur
15 dekabr
14:00. "İmişli" – "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov,Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu
19:00. "Neftçi" – "Sumqayıt"
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslamMəmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
"Palms Sports Arena"
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Şamaxı""Zirə"ni (2:1), "Sabah" "Turan Tovuz"u (3:1), "Kəpəz" "Qəbələ"ni(1:0), "Qarabağ" isə "Araz-Naxçıvan"ı (5:1) məğlub edib.