
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə (kişi) yerində ilkin tibbi xidmət göstərilib.
Qeyd edək ki, Qaradağ rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "KİA Sorento", "Range Rover", "Changan", "Volkswagen" və "BMW" markalı avtomobillər toqquşub. Qəza səbəbilə yolda uzun tıxac yaranıb. Hadisə zamanı sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Əraziyə Dövlət Yol Polisi və Təcili Tibbi Yardım briqadaları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.(APA)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta