AZ

Ural dağlarında HƏYƏCAN: 13 nəfərlik turist qrupu YOXA ÇIXDI

Rusiyada Ural dağlarında 13 turist itkin düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Təyin olunan vaxtda geri qayıtmayan qrupla əlaqə kəsilib, axtarışlar başlayıb.

Perm diyarında, Şimali Ural dağlarında 13 nəfərlik turist qrupu itkin düşüb. Məlumata görə, turistlər təyin olunan vaxtda toplanış məntəqəsinə gəlməyiblər.

Yerli mətbuatın yazdığına görə, qrupun tərkibində yaşları 27 ilə 43 arasında dəyişən şəxslər var. Onlarla əlaqə dünəndən etibarən kəsilib.

Yerli sakinlər bildiriblər ki, hadisə günü dağın ətəyində hava şəraiti pisləşib və görüntü məhdudiyyəti yaranıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
62
interpress.az

1Mənbələr