Bazar ertəsi səhər tezdən, 15 dekabrda “Volkswagen Touareg” markalı minik avtomobilinin (dövlət nömrə nişanı 90-FG-035) sürücüsü Hovsan stansiyası yaxınlığında yerləşən dəmir yolu xəttində teplovozun hərəkəti zamanı dəmir yolu keçidini keçməyə cəhd edib.
Paralel.az xəbər verir ki , maşinist əyləci bassa da toqquşmanın qarşısını almaq mümkün olmayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin həm avtomobilə, həm də teplovoza maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta