Dekabrın 14-də Azərbaycan Xalq Partiyasının VII (növbədənkənar) qurultayı keçirilib.
Qurultayda partiyanın sədri Pənah Hüseynin istefası qəbul edilib. Qurultayın qərarı ilə sədr müavini Qiyas Sadıqov AXP-nin yeni sədri seçilib.
Bəs Pənah Hüseyn bundan sonra hansı fəaliyyətlə məşğul olacaq, o yenə də siyasi səhnədə qalmağa davam edəcəkmi?
Pənah Hüseyn açıqlamasında bildirib ki, partiya üzvü kimi qalmaqla ən yüksək səviyyədə siyasi fəaliyyətlə məşğul olmağa davam edəcək.
“Mən bu fikirdəyəm, indi alınacaq-alınmayacaq o başqa. Mən hazırda Azərbaycan Xalq Partiyası İdarə Heyətinin üzvüyəm. Bundan sonra da üzv kimi qalmağa davam edəcəm”. /// modern