AZ

Bu gün Coratda 700 abonentin qazı kəsiləcək

Bu gün Corat qəsəbəsində 700 abonentin qaz təchizatında fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən "Report"un yerli bürosuna verilən məlumata görə, Sumqayıt şəhəri, Corat bağlarının bir hissəsində yerləşən 76 mm-lik qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə ərazidə qaz təchizatı bu gün saat 11:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Təmir-bərpa işləri başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.

Seçilən
21
10
far.az

10Mənbələr