Bakı. Trend:
Məktəblər dini maarifləndirmə prosesində mühüm rol oynayabilər.
Trend xəbərverir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrmüavini Gündüz İsmayılov bu gün Bakıda Elm və Təhsil Nazirliyi iləDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı iləkeçirilən “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər”mövzusunda konfrans çərçivəsində jurnalistlərə açıqlamasındabildirib.
Onun sözlərinə görə, cəmiyyətin ehtiyac duyduğu əsas kadrlardanbiri savadlı din xadimləridir.
"Dini biliklərin düzgün ötürülməsi, xüsusilə dini radikalizm,xurafat və məzhəbçiliklə mübarizə baxımından mövcud resurslarlayanaşı, yeni və perspektivli mənbələrə ehtiyac var. Bu kontekstdəilk ağla gələn vasitə təhsil sistemi və məktəblərdir. Milli-mənəvidəyərlərin gənclər və yeniyetmələr arasında düzgün təbliği iləyanaşı, dini biliklərin verilməsində də təhsil müəssisələrininpotensialından istifadə olunmalıdır. Azərbaycan Respublikasında dindövlətdən ayrıdır və ölkə dünyəvi dövlət kimi təhsildə şəriətləbağlı məsələlərin yer almasına imkan vermir. Lakin din yalnızşəriətdən ibarət deyil, onun mədəni və mənəvi aspektləri dəmövcuddur.
Bu baxımdan məktəblərdə dini-mənəvi dəyərlərin mədəni və mənəviyönlərinin düzgün çatdırılması, gənclərin dinimaarifləndirilməsində təhsilin rolunun artırılmasıməqsədəuyğundur".