AZ

Əvvəl “Qarabağ”a qalib gəldilər, sonra “Feyenoord”a

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Əvvəl “Qarabağ”a qalib gəldilər, sonra “Feyenoord”a

"Ayaks” son oyunlar uğurlu çıxışları ilə diqqət çəkir.

QOL.az-ın xəbərinə görə, ötən həftə UEFA Çempionlar Liqasında Bakıda “Qarabağ”ı məğlub edən (4:2) Amsterdam təmsilçisi dünən Niderland çempionatının 16-cı turunda evdə turnir cədvəlinin ikincisi olan “Feyenoord”da da qalib gəliblər - 2:0. 

"Yohan Kroyf" arenada keçirilən matçda qolları Davi Klaassen (13) və Jorthy Mokio (90+4, pen.) vurublar.

Bu, “Ayaks”ın dalbadal 4-cü qələbəsi olub (1-i Çempionlar Liqası, 3-ü Erediviziyada).

“Feyenoord” üzərindəki qələbə sayəsində xalını 29-a yüksəldən Fred  Qrimin komandası turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
1
qol.az

2Mənbələr