BAKI, 15 dekabr. TELEQRAF
Bu ilin 9 ayı ərzində ölkənin cari əməliyyatlar balansında 3 milyard ABŞ dolları həcmində profisit formalaşıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, bu ümumi daxili məhsulun (ÜDM) 5,4 faizinə bərabər olub.