AZ

Polkovnikin qohumu Bakıya gətirilir KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanovun qəzaya düşən ailə üzvlərinin son durumu açıqlanıb.

KONKRET.az xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasından “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, yaralılardan 3 nəfər artıq evə buraxılıb.

“Avtoqəza zamanı xəsarət alan 2017-ci təvəllüdlü Rəhimov Rüstəm Qoşqar oğlu müalicə məqsədi ilə Bakıdakı özəl xəstəxanaların birinə göndəriləcək”.

Qeyd edək ki, Ramaldanov qardaşlarından biri, polkovnik İlham Ramaldanovun ailə üzvləri Qusar rayonu, Yuxarı Ləgər kəndi ərazisində qəzaya düşüblər.

Hadisə nəticəsində ailənin 36 yaşlı üzvü, polkovnikin qızı Tamilla Ramaldanova və ailəyə yaxın qohum olan 43 yaşlı Cəmilə Bağırova aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
3
konkret.az

4Mənbələr