AZ

Çirkin TƏXRİBAT: 16 nəfərin öldüyü teraktdan sonra məzarlığa donuz başları ATILDI

Avstraliyada müsəlman qəbiristanlığına donuz başları atılıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bondi çimərliyindəki teraktın ardınca baş verən hadisə dindarların terrorçuları dəfn etməkdən imtina etdiyi vaxta təsadüf edib.

Avstraliyada Bondi çimərliyində törədilən qanlı terror aktından sonra müsəlman qəbiristanlığında təxribat törədilib. Naməlum şəxslər məzarlığa donuz başları səpələyiblər.

Bu hadisə Sidneyin müsəlman icması liderlərinin bəyanatları fonunda baş verib.

Belə ki, icma rəhbərləri hücumu törədən terrorçuları dəfn etməkdən imtina edərək, bu şəxsləri İslamın əsl davamçıları hesab etmədiklərini vurğulayıblar.

İlkin məlumatlara görə, yaraqlılardan biri İŞİD üzvləri ilə yaxın olub. Şübhəlilərin avtomobilindən “İslam Dövləti”nə məxsus iki bayraq tapılıb.

Ata və oğul olduqları bildirilən cinayətkarlar 6 dəqiqə ərzində dinc sakinlərə 100-dən çox atəş açıblar. Son məlumatlara görə, hadisə nəticəsində 16 nəfər həlak olub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
115
interpress.az

1Mənbələr