Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq..
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, dekabrın 15-də saat 10:00-dan etibarən Yasamal rayonunun M.Şərifzadə, A.Abbasov, X.Mustafayev, H.Zərdabi, X.Dadaşov, V.Əliyev, Z.Kərimov, N.Hikmət və 7,8,9-cu Sallaqxana küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Poliqon.info