Azpost portalından alınan məlumata görə, ain.az xəbər verir.
Çinli tədqiqatçılar Starlink peyk rabitə sisteminə qarşı yeni konseptual həll irəli sürüblər.
AzPost xəbər verir ki, təklifə əsasən, müəyyən ərazilər üzərində pilotsuz uçuş aparatları vasitəsilə “elektromaqnit qübbə” yaradılaraq peyk siqnallarının bloklanması nəzərdə tutulur.
Mütəxəssislərin hesablamalarına görə, belə bir qalxanın formalaşdırılması üçün radioelektron maneə avadanlıqları ilə təchiz olunmuş 935-dən 2 minədək pilotsuz aparat tələb oluna bilər. Bu dronlar sıx elektromaqnit sahəsi yaradaraq peyk rabitəsinin fəaliyyətini məhdudlaşdırmalıdır.
Hərbi analitiklər bildirirlər ki, ideyanın praktik reallaşdırılması ciddi çətinliklərlə üzləşə bilər. Güclü hava hücumundan müdafiə sistemləri ilə qorunan zonalarda bu qədər çox pilotsuz aparatın eyni vaxtda yerləşdirilməsi olduqca risklidir. Döyüş şəraitində dronların əhəmiyyətli hissəsinin hədəfə çatmamış məhv edilməsi ehtimalı yüksək qiymətləndirilir.
Pilotsuz aviasiya üzrə ekspertlərin fikrincə, nəzəri baxımdan belə bir “elektromaqnit qübbə” təkcə peyk rabitəsinə deyil, həm də zərbə dronlarına və qanadlı raketlərə qarşı təsirli ola bilər. Lakin layihənin həyata keçirilməsi böyük maliyyə xərcləri və mürəkkəb texniki həllər tələb edir. Bundan əlavə, mülki rabitə, internet və televiziya yayımında kəsintilər kimi yan təsirlər də istisna edilmir.
Mütəxəssislər laboratoriya şəraitində tam nəzərə alınması çətin olan amillərə də diqqət çəkirlər. Hava şəraiti, qarşı tərəfin radioelektron mübarizə vasitələri, eləcə də kinetik silahların tətbiqi bu cür qalxanın uzunmüddətli və stabil fəaliyyətini ciddi şəkildə sual altına alır.
AzPost.az
Paylaş
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.