AZ

Bilyardın “pool” növü üzrə ölkə çempionatı başa çatıb

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan Bilyard Federasiyası (ABF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında bilyardın “pool” növü üzrə keçirilən ölkə çempionatı başa çatıb.

XQ xəbər verir ki, kişilər arasında “pool-10”, qadınlarda isə “pool-8” növü üzrə qarşılaşmalar təşkil olunub.

Turnir boyu iştirakçılar yüksək peşəkarlıq, taktiki düşüncə və idman ruhu nümayiş etdiriblər. Kişilərdə birinci yerə Orxan Qubatov, qadınlarda isə Mina Nəsirova layiq görülüblər. Qaliblər və mükafatçılar diplom və medallarla təltif olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
3
xalqqazeti.az

4Mənbələr