AZ

Tramp Avstraliyadakı terror aktından sonra yəhudilərə müraciət etdi

ABŞ Prezidenti Donald Tramp yəhudi xalqını xarici hücumlardan qoruyacağına, o cümlədən yəhudi dini mərasimlərinin təhlükəsizliyinə zəmanət verəcəyinə söz verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlət başçısı bu açıqlamanı Ağ Evin saytında dərc olunmuş Hanuka bayramı münasibətilə yəhudilərə müraciətində bildirib.

Siyasətçi vurğulayıb ki, onun administrasiyası "yəhudi xalqının yanında möhkəm dayanmağa" və hər bir möminin təqib qorxusu olmadan dinlərini sərbəst şəkildə yaşamaq hüququnu müdafiə etməyə davam edəcək.

Respublikaçıların müraciəti  Avstraliyada Hanuka bayramını qeyd edənlərə hücumdan sonra dərc edilib.

Seçilən
174
1
operativmm.az

2Mənbələr