AZ

ABŞ və region olkələrinin şirkətləri “Lukoil”in Qazaxıstandan aktivlərinə maraq göstərirlər

ain.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ şirkətləri və Qazaxıstanla qonşu ölkələrdən olan investorlar sanksiyalar səbəbindən Qazaxıstanda Rusiyanın “Lukoil” şirkətinin aktivlərinin alınmasına maraq göstərirlər. Bununla belə, Astananın həmin aktivləri almaq üçün üstünlük hüququ var və hökumət bu hüquqdan istifadə edib-etməmək barədə qərar verəcək.

“APA-Economics”in “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın energetika naziri Erlan Akkenjenov bildirib.

“Dediyim kimi, Qazaxıstan hökuməti hazırda bu aktivlərin alınması ilə bağlı heç bir danışıqlar aparmır. Lakin mən bilirəm ki, çoxlu sayda şirkət maraq göstərir. Bunlar həm Amerika şirkətləridir, həm də regionumuzda yerləşən qonşu ölkələrin şirkətləridir. Ona görə də gözləyək, amma xatırlatmaq istəyirəm ki, yer təkinin istifadəsi haqqında məcəlləyə uyğun olaraq Qazaxıstan Respublikasının üstünlük hüququ var və gələcəkdə bu hüquqdan istifadə edib-etməməyimizə qərar verəcəyik”, - deyə nazir bildirib.

O qeyd edib ki, hazırda ABŞ sanksiyaların qüvvəyə minmə müddətini yanvar ayının ortalarınadək uzadıb.

“Ona görə də biz hamımız bu müddətin başa çatmasını və bundan sonrakı addımları səbirsizliklə gözləyirik”, - Erlan Akkenjenov əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
apa.az

2Mənbələr