Rusiyada yaşayan keçmiş Suriya prezidenti Bəşər Əsəd tibbi təhsilinə qayıdıb və hazırda oftalmoloq olmaq üçün təhsil alır.
Herbiand.az bildirir ki, bu barədə Britaniyanın The Guardian qəzeti mənbələrə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, Əsəd əvvəl aldığı tibbi biliklərini dərinləşdirir, rus dilini öyrənir və gələcəkdə “elitanın üzvlərini” müalicə etməyi planlaşdırır. İddiaya görə, keçmiş siyasətçinin ailəsi Moskva yaxınlığındakı qapalı kompleksdə sakit dəbdəbəli həyat yaşayır. Əsəd nadir hallarda kimləsə ünsiyyət qurur və ictimaiyyət qarşısında görünmür. Son zamanlar baş verən yeganə ictimai tədbir onun qızının Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı məzun gecəsi olub.
Qəzet ehtimal edir ki, Əsəd sərvətinin bir hissəsini Rusiyaya köçürə bilib, buna görə də pula ehtiyacı yoxdur.
Bəxtiyar CƏFƏRLİ