
“Məktəblərdə din və mənəviyyatla bağlı ayrıca fənn yaradılmasına böyük maraq olarsa, dövlət standartlarına təklif edilə bilər”.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, dövlət standartları adlı sənəddə açıq şəkildə orta təhsil müddətində şagirdlərin hansı bilik, bacarıq və dəyərləri hansı səviyyədə mənimsəməli olduqları göstərilir: