AZ

Sidneydə terror aktı törədənlərdən biri İŞİD lə əlaqəli olub

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avstraliya polisi Sidneydəki terror aktını törədənlərdən birinin İŞİD terror qruplaşması ilə əlaqəli olduğunu ehtimal edir.Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ABC telekanalı yerli polisdəki mənbələrinə istinadən yayıb.Məlumata görə, terrorla mübarizə üzrə işçi qrupunun müstəntiqləri hesab edirlər ki, insanlara atəş açan silahlı şəxslər "İŞİD terror qruplaşmasına sədaqət andı içiblər".

 

Telekanalın mənbəsi qeyd edib ki, hücum edənlərin maşınında İŞİD bayrağı tapılıb və onlardan biri, 24 yaşlı Navid Akram bir neçə il əvvəl Avstraliya Təhlükəsizlik Kəşfiyyat Xidməti (ASIO) tərəfindən "İslam Dövləti" qruplaşmasının Sidneydə yerləşən terrorçu özəyi ilə yaxın əlaqələrinə görə dindirilib.

Xatırladaq ki, hadisə dekabrın 14-də Sidney çimərliyində yəhudilərin Hanuka bayramının qeyd olunduğu yerdə baş verib. Terror aktı zamanı azı 16 nəfər ölüb, 40 nəfər yaralanıb.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
2
bizim.media

3Mənbələr