AZ

Goranboyda icra başçısı yanında Şuranın iclası keçirilib FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Goranboy Rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə Başçı yanında Şuranın növbəti iclası keçirilib.

"Unikal" xəbər verir ki, iclasda rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir qrup rayon fəalları iştirak ediblər.

Şurada “Cari ilin 11 ayı ərzində Goranboy rayonunun sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələrində görülmüş işlər və qış mövsümünə hazırlığın vəziyyəti barədə” məsələlər geniş müzakirə edilib. Nəzərdə tutulan məsələlərin icrasını təmin etmək məqsədi ilə İcra Başçısı tərəfindən müvafiq tapşırıq və tövsiyyələr verilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
unikal.az

1Mənbələr