AZ

Oğlum xəstədir, icazə vermir ki... Günay Musayeva keçmiş ərindən danışdı

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyədə yaşayan model Günay Musayeva, övladı Cahangirin atası, aktyor Tolqa Kareldən ölkədən çıxışı üçün icazə istəyib.

Milli.Az xəbər verir ki, Musayeva "Biz Bize" verilişində bildirib ki, övladını İngiltərədə həkimə aparmaq istəyib, amma Tolqa icazə kağızını imzalamayıb.

Günay deyib ki, Cahangirin arzusu "Disneyland"ə getməkdir və bunun üçün atasından sənəd almaq lazımdır:

"Bu haqda danışmaq istəmirdim, amma oğlumun xəyalı üçün bunu etməliyəm. Tolqa viza və icazə kağızını vermir. Cahangir özü də atasına mesaj atdı, amma cavab gəlmədi. Maddi və mənəvi heç bir istəyimiz yoxdur, sadəcə onun uşağı kimi etməsini istəmirik, başqa bir uşaq üçün yardım kimi görsün".

O bildirib ki, oğlunu Azərbaycana və Gürcüstana apara bilir. Günay və Tolqa 2015-ci ildə ayrılıb. Aktyorun ikinci evliliyindən isə ABŞ-da daha 4 övladı var.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
1
news.milli.az

2Mənbələr