Bakı. Trend:
Ermənistan xarici müdaxilələrin qarşısının alınması ilə bağlıAvropa İttifaqından kömək istəyib.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xaricisiyasət üzrə ali nümayəndəsi, Avropa Komissiyasınınvitse-prezidenti Kaya Kallas deyib.
“Gələn il Ermənistanda seçkilər keçiriləcək. Bu gün bu məsələdəErmənistana necə köməklik edə biləcəyimizi müzakirə edəcəyik.Ermənistan seçkilərə ölkəxaricindən müdaxilələrin qarşısınınalınmasında bizim köməklik göstərməyimizlə bağlı müraciət edib”,-deyə Kallas bildirib.
Bundan əvvəl Kaya Kallas bildirmişdi ki, 2026-cı ildəErmənistanda parlament seçkiləri ərəfəsində Rusiya Ermənistanayönəlmiş dezinformasiya kampaniyasını gücləndirməyə başlayıb.