AZ

Yasamalda Express Lounge ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb FOTOLAR

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 202A ünvanında yerləşən, fiziki şəxs Fərid Qabil oğlu Ağayevə məxsus "Express Lounge" ictimai iaşə obyektində yoxlama keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı ictimai iaşə obyektinin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb. Həmçinin yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi müəyyən olunub.

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsinə dair məhdudlaşdırıcı qərar qəbul olunub, icrası məcburi göstərişlər verilib. İstehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
7
cebheinfo.az

8Mənbələr