ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Biləsuvarda ahıl qadının qətli ilə bağlı yeni təfərrüatlar açıqlanıb.Biləsuvar rayonunda gəlini tərəfindən qətlə yetirildiyi iddia olunan 72 yaşlı Almaz Cəfərova ilə bağlı yeni detallar məlum olub.Bizim.Media-nən yerli bürosunun əldə etdiyi məlumata görə, 4 oğlu və 2 qızı olan Almaz Cəfərova uzun müddət tək yaşayırmış.Onun oğlan övladlarının Rusiya Federasiyasında yaşadığı bildirilir. Bir müddət əvvəl isə gəlini Gülbəniz Həsənzadə Rusiyadan Azərbaycana gələrək mərhumla eyni evdə yaşamağa başlayıb.
Yaxınlarının sözlərinə görə, ahıl qadın tənha yaşadığı üçün evə təhlükəsizlik kameraları quraşdırılıb. Hadisədən təxminən 40 gün sonra ailə üzvləri kamera görüntülərinə baxarkən Almaz Cəfərovanın qətlə yetirildiyini aşkar ediblər.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.