"Türkiyə olaraq tarixin ən çətin imtahanını Suriyada verdik".

Leqal.info xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan 16-cı Səfirlər konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Türkiyə bu çətin sınaqdan uğurla çıxıb:

“Türkiyə olaraq tarixin ən çətin imtahanını Suriyada verdik. Tarix öz hökmünü verdi. Ancaq Suriyada işimiz indi yeni başlayır. Türkiyə bundan sonra da Suriya xalqının yanında olacaq”, – Hakan Fidan vurğulayıb.

Leqal.info