AZ

Şərurlu İsfəndiyarla bağlı məhkəmə istintaqı yekunlaşdı

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Asim Abbasov məhkəməyə elektron qaydada təqdim etdiyi vəsatəti səsləndirib.

Vəkil bildirib ki, mütəxəssis rəyində yeyinti sözü yazılsa da, cinayət predmeti kimi Cinayət Məcəlləsinin müvafiq maddələrində əks olunsa da, iş üzrə tənqidi hal kimi yanaşılıb. Təqdim edilən rəydə dələduz sözünə toxunulmayıb, təhqiqat aparılmayıb. Videoda müəyyən məbləğlər səsləndirilsə də, bu barədə heç nə yazılmayıb.

Həmçinin vəkil əlavə edib ki, AMEA-nın Dilçilik İnstitutunun direktoru hazırda dövlətə xəyanətdə təqsirləndirilən Ramiz Mehdiyevin vəzifədə olan zaman təyin edilib. Həmçinin bəzi media resurslarında Ramiz Mehdiyevlə İsfəndiyar Axundov arasında əlaqənin olması ilə bağlı yazılar dərc edilib. Bu da ona əsas verir ki, rəy qərəzlidir. Rəyin sübutlar siyahısından çıxarılmasını xahiş edirəm.

Müdafiə tərəfinin vəkili Ülvi Nəsibli bildirib ki, İsfəndiyar Axundovu Ramiz Mehdiyevlə əlaqələndirmək məsələsinə yumorla yanaşmaq lazımdır.

Seçilən
39
13
publika.az

10Mənbələr