ain.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Qırğızıstan Prezidenti Sadır Japarov Yaponiyaya səfər edəcək.Newscenter.az Qırğızıstan prezidentinin Mətbuat Xidmətinə istinadən bildirir ki, bu barədə məlumat Yaponiyanın bu ölkədəki səfiri Ryuiçi Hiranonun etimadnaməsini Japarova təqdim edərkən buildirilib.Səfir, Qırğızıstan Respublikasının Prezidentinə Yaponiya İmperatoru Naruhito və Baş nazir Sanae Takaiçinin adından səmimi salamlarını çatdıraraq, dövlət başçısını yaxın gələcəkdə Yaponiyaya səfərə dəvət etməyə hazır olduqlarını deyib.Dövlət başçısı Qırğızıstanın Yaponiyanı yaxın dost və vacib tərəfdaş kimi gördüyünü qeyd edərək, ölkələr arasında dostluq münasibətlərinin ildən-ilə möhkəmləndiyini vurğulayıb.O, Qırğızıstan və Yaponiya arasında qarşılıqlı əlaqələrin illəri ərzində güclü və məhsuldar əməkdaşlıq formatının qurulduğunu bildirib.Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.