AZ

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub

Bakı. Trend:

Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbətiKollegiya iclasında nazirliyin struktur bölmələri və tabeliyindəkiqurumların cari il ərzindəki fəaliyyəti, büdcə təşkilatlarınınödənişli xidmətlərindən daxilolmaların vəziyyəti, maliyyəxidmətləri və dövlət müəssisələri ilə işin təşkili, həmçinin dövlətmaliyyəsinin idarə edilməsində rəqəmsal həllərin tətbiqiistiqamətlərində bu il görülən işlər və növbəti dövr üçün qarşıdaduran vəzifələr müzakirə olunub.

Trend xəbərverir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Kollegiyanın sədri Sahil Babayev bildirib ki, başa çatmaqda olan2025-ci il Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizintarixində yüksək nailiyyətlər, hərtərəfli inkişaf və ardıcıltərəqqi ili kimi yadda qalacaqdır. Nazir qeyd edib ki, ilin on birayında sosial-iqtisadi sahədə dayanıqlı artım və makroiqtisadisabitlik təmin olunub, maliyyə mövqelərimiz daha da möhkəmlənib,Dövlət Neft Fondunun və Mərkəzi Bankın sərəncamında olan valyutaehtiyatları artıb.

Nazir bildirib ki, komitə və plenar iclaslarda keçirilən genişmüzakirələrdən sonra ötən həftə Milli Məclis tərəfindən "AzərbaycanRespublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsivə icmal büdcəyə daxil olan əsas maliyyə sənədləri qəbul edilib.Gələn ilin dövlət və icmal büdcələrinin ölkəmizin sosial-iqtisadiprioritetləri və qarşımızda duran çağırışlar nəzərə alınmaqlatərtib olunduğunu vurğulayan maliyyə naziri bildirib ki, müdafiəqabiliyyətinin daha da gücləndirilməsi, işğaldan azad edilmişərazilərə Böyük Qayıdışın davam etməsi, iqtisadi inkişafınstimullaşdırılması, əhalinin sosial müdafiəsinin daha dagücləndirilməsi, dövlətin əsas vəzifə və funksiyalarının həyatakeçirilməsi üçün 2026-cı il üzrə maliyyə təminatı tamformalaşdırılıb.

Kollegiyanın sədri 2025-ci ilin dövlət büdcəsinin 11 aylıqicrasını da müsbət qiymətləndirib və qeyd edib ki, yanvar-noyabraylarında icmal və dövlət büdcələrinin gəlirləri proqnozuüstələyib. Belə ki, icmal büdcənin gəlirləri 11 aylıq proqnozaqarşı 2 milyard 526 milyon manat və ya 6,1 faiz çox icra olunub.Eyni dövrdə dövlət büdcəsinin gəlirləri də proqnozu 324,6 milyonmanat və ya 0,9 faiz üstələyib. İcmal və dövlət büdcələrininxərcləri isə müvafiq olaraq 36 milyard 784,3 milyon manat və 31milyard 414,7 milyon manat səviyyəsində icra edilib.

Qeyd olunub ki, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarəolunması və büdcəyə əlavə gəlirlərin cəlb edilməsi məqsədilə2025-ci ilin aprel ayından etibarən vahid xəzinə hesabınınqalığının aktiv idarə edilməsinə başlanılıb. Bu çərçivədə millivalyutada olan vəsaitlərin yerli banklarda depozitə yerləşdirilməsivə Mərkəzi Bank ilə imzalanmış razılaşmaya əsasən ABŞ dolları iləmüxbir hesabın qalığına faiz gəlirinin hesablanması təmin edilib.Nəticədə aprel–dekabr aylarında kommersiya banklarındayerləşdirilmiş depozitlər üzrə 98,6 milyon manat, Mərkəzi BankdakıABŞ dolları ilə müxbir hesabın qalığı üzrə isə 20,8 milyon manatolmaqla, ümumilikdə 119,4 milyon manat əlavə gəlir dövlət büdcəsinəköçürülüb.

Müzakirələr zamanı bildirilib ki, dövlət maliyyəsinin idarəolunmasında şəffaflığın, səmərəliliyin və operativliyin artırılmasıməqsədilə Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən rəqəmsallaşma vəidarəetmə proseslərinin təkmilləşdirilməsi istiqamətində komplekstədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində sifarişlərinelektronlaşdırılması, ödəniş sənədlərinin minimallaşdırılması,təsdiqedici sənədlərin pasportlaşdırılması, eləcə də informasiyasistemlərinin müasirləşdirilməsi xüsusilə prioritet istiqamətlərkimi müəyyən edilib.

İclasda büdcə daxilolmalarının uçotu və idarə olunmasının tamelektronlaşdırılması, “İCMAL” informasiya sisteminin geniş tətbiqi,“e-mühasibat” sisteminin rəqəmsal həllərinin inkişaf etdirilməsi,beləliklə uçotun şəffaflığının və operativliyinin daha daartırılması müzakirə olunub.

Kollegiya iclasında həmçinin maliyyə xidmətləri sahəsində vədövlət müəssisələri ilə işin təşkili istiqamətində görülmüş işlərhaqqında məruzə dinlənilib. Bildirilib ki, dövlət müəssisələrininbüdcə və maliyyə göstəricilərinin monitorinqi üçün yeni Qaydalarlayihəsi hazırlanıb. Dövlət müəssisələrinin büdcə və maliyyəgöstəricilərinin monitorinqinin təkmilləşdirilməsinin, vahidhesabat şablonlarının tətbiqinin əhəmiyyəti vurğulanıb və buçərçivədə həm dövlət şirkətləri, həm də publik hüquqi şəxslər üzrəvahid monitorinq mexanizminin tətbiqinin planlaşdırıldığı qeydolunub. Bu tədbirlər dövlət vəsaitlərinin səmərəli idarəedilməsini,maliyyə şəffaflığını və hesabatlılığını daha dagücləndirəcəkdir.

İclasda “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemininyaradılması və dövlət maliyyəsinin idarə edilməsində rəqəmsalhəllərin tətbiqi istiqamətində görülən işlər barədə də məlumatverilib. Qeyd olunub ki, cari ildə “Büdcə Məlumat İdarəetmə” altsisteminin yeni versiyası, “İCMAL” informasiya sistemi, “e-rüsum”sisteminin təkmilləşdirilməsi, dövlət satınalmalarında elektronmüqavilə platforması və GRP konsepsiyası üzrə vahid mühasibatlıqsisteminin ilkin mərhələsi hazırlanıb. Hazırda vahid maliyyəməlumat bazasının formalaşdırılması, böyük həcmli məlumatlarınemalı və analitik təhlili üçün modellərin tətbiqi, eləcə dəbüdcənin gəlir və xərclərinin proqnozlaşdırılmasını dəstəkləyəcəkproqram təminatının inkişaf etdirilməsi üzrə işlər davametdirilir.

Kollegiya iclasında həmçinin, Maliyyə Nazirliyində tapşırıqlarınicra vəziyyəti və hesabatlarla bağlı məsələlər haqqında təqdimatnümayiş etdirilib və müvafiq məruzə dinlənilib, “İctimai Sektorüçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun illikmaliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlaratətbiq edilən amortizasiya normaları barədə Təlimat”təsdiqlənib.

Məqalədə:
Seçilən
59
6
az.trend.az

10Mənbələr