ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam mzalayıb.
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə general-leytenant Rəfail Xalid oğlu Mirzəyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
Redaktor.az Rəfail Mirzəyevin dosyesini təqdim edir.
Rəfail Mirzəyev 1959-cu il fevralın 16-sı Gürcüstanın Marneuli rayonunda anadan olub.
2006-cı ilin mayın 3-ü Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini təyin edilib.
2007-ci il oktyabrın 31-i Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun üzvü olub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə Rəfail Mirzəyevə 2002-ci il yanvarın 17-si "gömrük xidməti general-mayoru", 2005-ci il yanvarın 28-i "gömrük xidməti general-leytenantı" ali xüsusi rütbələri, 2006-cı il mayın 3-də isə "general-leytenant" ali hərbi rütbəsi verilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.