AZ

Azərbaycanla Surinam arasında bu şəxslər üçün viza tələbi ləğv edildi - YENİLƏNİB

Azərbaycanla Surinam arasında diplomatik pasport sahibləri vizadan azad edilib.

"Cebheinfo.az" xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanunu imzalayıb.

Qanuna əsasən, 2025-ci il sentyabrın 22-si Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.

***

Azərbaycanla Qvineya-Bisau arasında diplomatik pasport sahibləri vizadan azad edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev qanunu təsdiq edib.

Qanuna əsasən, 2025-ci il sentyabrın 23-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.

"Cebheinfo.az"

Seçilən
28
22
cebheinfo.az

10Mənbələr