AZ

Ukraynalıların seçkiyə və Zelenskiyə münasibəti Sorğunun nəticələri açıqlandı

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, son günlər xüsusilə də ABŞ administrasiyası tərəfindən Ukraynada yeni prezident və parlament seçkilərinin keçirilməsi mövzusu gündəmə gətirilir. Baxmayaraq ki, Ukraynada davam edən müharibə şəraitində seçkinin keçirilməsi nə hüquqi, nə də faktiki baxımdan mümkün deyil.

“AzPolitika” xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutu (KIIS) 26 noyabr - 13 dekabr 2025-ci il tarixlərində keçirdiyi ümumukrayna ictimai rəy sorğusunun nəticələrini açıqlayıb.

Sorğuda iştirak edən ukraynalıların 57%-i seçkilərin yalnız yekun sülh razılaşmasından və müharibənin tamamilə bitməsindən sonra mümkün olduğuna inanır. Qeyd olunur ki, 2025-ci ilin sentyabr ayında respondentlərin 63%-i bu fikri bölüşürdü.

İndi ukraynalıların yalnız 9%-i seçkilərin atəşkəsdən əvvəl keçirilməsinə tərəfdardır (sentyabrda 11%).

Sorğunun nəticələrinə görə, ukraynalıların 61%-i Ukrayna Prezidenti Volodimir Zelenskiyə etibar edir, 32%-i isə ona etibar etmir. Etibar-etibarsızlıq balansı +29%-dir. Oktyabrın əvvəlində də Prezidentin etibarlılıq səviyyəsi demək olar ki, eyni idi.

KIIS Prezidentə etibarın dinamik olduğunu, dəyişdiyini qeyd edir. Belə ki, noyabr ayında (26-30 noyabr) sorğuda iştirak edən respondentlərin yalnız 49%-i Zelenskiyə etibar edərkən, 8-13 dekabrda bu göstərici 61 faizə çatıb. Görünür, bu da məlum korrupsiya qalmaqalının yaratdığı mənfi effektin tədricən azalmasına dəlalət edir.

Xatırladaq ki, dekabrın 10-da ABŞ Prezidenti Donald Tramp yenidən Ukraynada seçkilərin keçirilməsinin zəruriliyindən danışıb. Onun sözlərinə görə, ukraynalıların 82%-i Rusiya ilə sülh müqaviləsi tələb edir. Lakin onun bu statistikanı haradan əldə etdiyi bəlli deyil.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
azpolitika.info

1Mənbələr