AZ

Vitaminlə bağlı məşhur mif ifşaOLUNDU

Vitamin C və bu vitamini tərkibində saxlayan məhsulların soyuqdəymə və qrip zamanı demək olar ki, heç bir ciddi faydası yoxdur.

Redaktor.az xəbər verir ki, bu fikri alim Daniel M. Devis "The Guardian" nəşrinə verdiyi müsahibədə bildirib.

Bioloqun sözlərinə görə, vitamin C-nin yüksək dozada qəbulu nə soyuqdəymənin qarşısını alır, nə də onu müalicə edir. Onun qeyd etdiyi kimi, vitamin C-nin edə biləcəyi maksimum təsir xəstəliyin müddətini cəmi təxminən səkkiz faiz azaltmaqdır. Lakin bu da əksər hallarda nəzərəçarpacaq fərq yaratmır.

Devis vurğulayıb ki, respirator infeksiyalar zamanı əsas diqqət düzgün istirahətə, maye qəbuluna və orqanizmin ümumi bərpasına yönəldilməlidir. Vitaminlər isə yalnız balanslı qidalanmanın bir hissəsi kimi fayda verə bilər, möcüzəvi müalicə vasitəsi deyil.

Aytəkin TOFİQQIZI

Seçilən
53
1
redaktor.az

2Mənbələr