AZ

Parisdəki məşhur “Zəfər Tağı” Amerikada KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda möhtəşəm Zəfər Tağının tikiləcəyi genişmiqyaslı layihəni elan edib.

KONKRET.az xəbər verir ki, bəyanat Ağ Evin Oval kabinetində sponsorlar və dəvət olunmuş qonaqların iştirakı ilə verilib.

Layihəyə əsasən, abidə simvolik bir məkanda, Arlinqton körpüsünün yaxınlığında, Arlinqton Milli Qəbiristanlığının yanında və Linkoln Memorialının qarşısında ucaldılacaq.

Tramp bildirib ki, yeni tağ Amerika üçün unikal bir simvol olacaq. O, layihəni Parisdəki məşhur Zəfər Tağı ilə müqayisə edərək, ABŞ versiyasının onu “bütün mənalarda üstələyəcəyini” və Vaşinqtonun çoxdan gözlənilən bəzəyinə çevriləcəyini vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
konkret.az

2Mənbələr